Qənimətlər Parkına ekskursiya

 6 aprel 2024 - cü il tarixində hərbi rəhbər Cümşüd Novruzov məktəbin direktoru Seymur Yusibov və yuxarı sinif şagirdlərinin iştirakı ilə Qənimətlər parkına ekskursiya təşkil edib.

Ekskursiyanın təşkil olunmasında əsas məqsəd şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsi, onlara vətənpərvərlik hissini aşılamaqdır.

Şagirdlər 44 günlük vətən müharibəsi zamanı əldə etdiyimiz qənimətlərin sərgiləndiyi parkda eksponatlarla tanış olublar. Hərbi rəhbər Vətən Müharibəsində müzəffər ordumuzun göstərdiyi igidlik və qəhrəmanlıqlar, düşmənin canlı və hərbi qüvvəsinin itkiləri barədə şagirdlərə ətraflı məlumat vermişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi