"“Şəhidlər ölməz, vətən bölünməz” devizi altında mini-futbol yarışı

 4 aprel 2024 - cü il tarixində Pirallahı rayonunda “Şəhidlər ölməz, vətən bölünməz” devizi altında mini-futbol yarışı keçirilmişdir.

Mini-futbol yarışının keçirilməsi şəhidlərimizin xatirəsinin anılması, onların həyat və döyüş yolu barədə gənc nəsillərin məlumatlandırılması məqsədini daşıyıb.

Yarışda 235 nömrəli tam orta məktəbin komandası qalib olaraq final mərhələsinə vəsiqə qazanmışdır.

Gözəl oyuna görə fiziki tərbiyə müəllimi Yadulla Nağızadəni və komandanı təbrik edir, final mərhələsində uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi