Bakı Gəmi Muzeyi və Bakı Zoologiya Muzeyinə səyahət

  3 aprel 2024-cü il tarixində Kiçik Akademiyanın prezidenti Sevda Rüstəmovanın təşkilatçılığı ilə məktəbin direktoru Seymur Yusibov, məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Tükəzban Qurbanova, Kiçik Akademiyanın vitse prezidenti İlahiyyə Allahverdiyeva, fənn müəllimi Oksana Vorobyova və 8-ci şagirdlərinin iştirakı ilə dünyada ilk tanker muzey olan Bakı Gəmi Muzeyinə ekskursiya edilib.Şagirdlərə muzeyin fəaliyyətindən bəhs edilib, bildirilib ki, muzey Xəzərin və ölkəmizdə gəmiçiliyin tarixi, qəhrəman dənizçilərimizin rəşadətli əməyi ilə yaxından tanış olmaq imkanı qazandırır. “Suraxanı” gəmi-muzeyi qədim dənizçilik ənənələrinə malik müasir Azərbaycanın keçmişi ilə gələcəyi arasında körpü rolunu oynayır. Muzeydə şagirdlər Robototexnika sərgisini izləyib. Yeni nəsil texnologiya, eyni zamanda robotlarla bağlı ətraflı məlumatlarla tanış olublar.

Bundan başqa şagirdlər həmin gün Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun nəzdində yaradılan Bakı Zoologiya Muzeyi ilə də tanış olublar. Burada Azərbaycan ərazisində yaşayan onurğasızlar, balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilərin müqəvva və eksponatları saxlanılır. Muzeyin fondundan elmi-tədqiqat, tədris və mədəni-maarif işi üçün istifadə olunduğu məlumatlar da ekskursiya istirakçılarına verilib.

Şagirdlər hər iki muzeydə şəkillər çəkdirib və oradan xoş təəssüratlarla ayrılıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi