2 aprel- Beynəlxalq Uşaq Kitabı Günüdür

  Uşaqların tərbiyəsində kitablar xüsusi yer tutur. Kitab uşaqları mənəvi zövqə malik bir insan kimi formalaşmasında,xalqının zəngin tarixi keçmişini öyrənməsinə imkan yaradır.Uşaq ədəbiyyatı gününün məhz bu tarixə təsadüf etməsi məşhur yazıçı Hans Kristian Andersenin doğum günü ilə bağlıdır.Uşaqların sevimlisi olan nağılçı Andersen 2 aprel 1805-ci ildə anadan olub.Onun şərəfinə 2 aprel dünyada Beynəlxalq Uşaq Ədəbiyyatı Günü kimi qeyd edilir.

  2 aprel-2024-cü il tarixində məktəbin kitabxana müdiri Firəngiz Həsənova və kitabxanaçı Lətifə Zeynalovanın birgə təşkilatçılığı ilə Beynəlxalq Uşaq Kitabı Günü ilə bağlı 4a sinif  şagirdlərinə məlumat verilib. Uşaqların bir çoxu Andersenin bir neçə kitabını oxuduğunu bildiriblər. Amma ən sevdikləri nağıllar "Düyməcik", "Qarlar kraliçası" və s. olduğunu vurğulayıblar.

  Bu gün barədə məlumatın verilməsində məqsəd uşaqların intellektual inkişafında kitabın rolunu yüksəltmək, ona sevgi aşılamq, həmçinin diqqəti uşaq kitablarının nəşrinə yönəltməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi