Novruz bayramına həsr olunmuş sinif təşkilatı saatı

18 mart 2024-cü il tarixində məktəbin tədbirlər planına uyğun olaraq sinif rəhbəri Sevinc Zmiskovanın təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş "Dəyərlərimizi qoruyaq"mövzusunda sinif təşkilat saatı keçirilib.

Məqsəd təhsilalanları mənəvi mədəniyyətimizin bir hissəsi olan Novruz bayramı, bütövlükdə milli-mənəvi dəyərlərimiz barədə məlumatlandırmaq, onları bu dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyillərini gücləndirməkdir.

Tədbirdə şagirdlərin çıxışları dinlənilib, Novruz ənənlərini əks etdirən səhnəciklər nümayiş etdirilib.

Sonda şagirdlərin hazırladıqları "Novruz yumurtaları" müsabiqəsinin qalibləri medal və diplomla təltif olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi