"Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə" mövzusunda təqdimat

"Kiçik Akademiya"nın "Alternativ enerji mənbələri" mövzusunun davamı olaraq "Alternativ Enerji Agentliyi"nin əməkdaşları ilə əlaqə saxlanılıb, dekabrın 25-də məktəbə dəvət olunublar. Eyni zamanda məktəbin ərazisində yerləşən "Günəş elektrik stansiyası"nın məsul işçisi Nazim Adıgözəlov qonaq qismində iştirak edib. Qonaqlar əvvəlcə alternativ enerji mənbələri haqqında şifahi məlumat verdikdən sonra Agentliyin əməkdaşı Fərid Abdurəhmanov, "Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə" mövzusunda təqdimat edib, mövzu ilə bağlı videoçarxlar göstərilib. Daha sonra “Kiçik akademiklər” alternativ enerji ilə bağlı apardıqları araşdırmaları təqdim edib, Agentliyin nümayəndələri ilə fikir və təcrübə mübadiləsi aparıblar. Alternativ enerji Agentliyinin əməkdaşları “Kiçik akademiklər”ə uğurlar arzulayıb, gələcəkdə də belə maarifləndirici tədbirlərin və əməkdaşlığın davam edəcəyini bildiriblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi