Coğrafiya fənn aylığı çərçivəsində fənn müəllimləri Sevda Rüstəmova və Oksana Vorobyovanın birgə təşkilatçılığı ilə Şamaxı Astrofizika Rəsədxanasına ekskursiyası təşkil olunub.
İlk öncə şagirdlərə rəsədxananın muzeyində olan ekspanatlar nümayiş etdirilib və hər bir ekspanat haqqında ətraflı məlumat verilib.
Daha sonra şagirdlər "Diribaba türbəsinə" ekskursiya etmişlər.
Ekskursiya zamanı şagirdlər tariximiz haqqında faktları maraqla dinləyiblər. Ekskursiya şagirdlərin yaddaşında gözəl təəssüratlarla qalıb.