“Nə? Harada? Nə zaman?” intellektual oyunu
Oktyabrın 14-də Xəzər rayon Gənclər Evində Xəzər Rayon İcra Hakimiyyəti, Xəzər rayon Gənclər və İdman İdarəsi, Xəzər Gənclər Evinin təşkilatçılığı ilə Xəzər rayon orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında Müstəqillik Gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib. Məktəbimizin komandası yarışda II yeri qazanaraq şəhər mərhələsinə vəsiqə qazanıb.