“Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirici tədbir
Məktəbimizdə 30.03.2016-cı il tarixində “Fövqəladə hallarda özünü necə aparmalı?” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Ülvi Məmmədov açdı. Operativ reaksiya vermə və əməliyyat planlaşdırma idarəsinin rəisi polkovnik Vaqif Teymurov Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və struktur qurumları haqqında məlumat verdi. Akt zalında təşkil olunmuş tədbirdə məktəbin VIII, IX, X, XI sinif şagirdləri yanğın-partlayış və nəqliyyat qəzası zamanı görüləcək tədbir haqqında məlumat verdilər. Dövlət Yanğın Nəzarəti Operativ məlumat şöbəsinin baş zabiti leytenantı Elşən Zeynalov “Terror xarakterli fövqəladə hallar zamanı nə etməli?” mövzusunda şagirdlərə ünvanladığı suallara ətraflı cavab aldılar. Məktəbin kiçik fidanları fövqəladə halların təhlükə zamanı insanlara göstərdikləri xüsusi xidmətin vacibliyini söylədikləri şeirlərlə bildirdilər. Tədbirin praktik hissəsində məktəb həyətində Bakı Regional Mərkəzinin Xüsusi xilasetmə xidmətinin şəxsi heyəti, xüsusi təyinatlı xilasetmə avtomobilini və onun istifadə qaydaları haqqında ətraflı məlumat verdi. Fövqəladə hallar zamanı tibbi yardım stansiyasının əməkdaşları ilkin tibbi yardımı əyani şəkildə nümayiş etdirdilər. Həyəcan siqnalından sonra müəllimlər (sinif jurnalı ilə) və şagirdlər əvvəlcədən evakuasiya üçün hazırlanmış xüsusi xətlərdə dayandılar. Xüsusi təlim almış itlərlə aparılan işlər əyani şəkildə şagirdlərə nümayiş etdirildi.