Emin Əliyev Rafiq oğlunun 42 illiyinə həsr edilmiş tədbir
Qəhrəmanlıq bir anın bəhrəsi deyil, o elə bir keyfiyyət, elə bir zirvədir ki, onun mahiyyətində təsadüf adlanan heç nə yoxdur. Şəhidlik ölməzlik məqamına yüksəlmək deməkdir. Bu məqama ucalan və məktəbimizin adını daşıdığı şəhid Emin Əliyev Rafiq oğlunun 42 illiyinə həsr edilmiş 10.03.2016-cı il tarixində məktəbimizdə tədbir keçirildi. Tədbir E.Əliyevin xatirə lövhəsi qarşısında bir dəqiqəlik sükutla anıldıqdan sonra, bədii hissə ilə akt zalında davam etdi və Azərbaycan Dövlət himni səslənməsi ilə başladı. VI, IX, XI siniflərin hazırladığı səhnəciklər və şeirlər zaldakı qonaqları duyğulandırdı. Gözləri dolan lakin ürəyi sabahın eşqi naminə vuran şəhidimizin anası İbadət müəllimə, qardaşı Vüqar və ona yaxın olan insanlar qonaq qismində iştirak etdilər və öz təşəkkülərini bildirdilər. Daha sonra tədbir şəhid məzunumuzun xatirəsinə həsr olunmuş güləş, stolüstü oyun yarışlarla davam etdi. Sonda məktəbimizin direktoru da fikirlərini bölüşüdü , gələcək nəsilə isə bu günün hər zaman xüsusi ehtiramla yad edilməsini bildirdi . Şəhid ruhlarına bizim hər birimizin ən azından bir dua borcumuz var hər zaman anaq və unutmayaq!