“Nağıllar aləminə səyahət” adlı tədbir

02 iyun 2019-cu il tarixində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə 234 №li tam orta məktəbin şagirdləri və paralimpiyaçı uşaqlar “Nağıllar aləminə səyahət” adlı tədbir keçiriblər.

Tədbirin keçirilməsində məqsəd şagirdlərimizin sağlamlıq  imkanı məhdud olan uşaqlarla birliyini, bərabərliyini, həmrəyliyini nümayiş  etdirmək, onların arasında qarşılıqlı münasibət , ünsiyyət formalaşdırmaq idi.

Tamaşada Azərbaycan və dünya xalq nağıllarından müxtəlif səhnələrin baş rollarını məktəbimizin 62 şagirdi və Uşaq Paralimpiya Komitəsinin  (UPK) 15 idmançısı canlandırıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi