“28 May Respublika Günü”nə həsr olunmuş “İstedadlar sorağında – 2019”
Xəzər rayon Gənclər İdarəsinin təşkilatçılığı ilə “28 May Respublika Günü”nə həsr olunmuş “İstedadlar sorağında – 2019” devizi altında Xəzər rayonunun tam orta məktəblərini təmsil edən uşaq və yeniyetmələr arasında yaradıcılıq festivalının final mərhələsində rəqs nominasiyası üzrə 1c sinif şagirdlərinin “Odlar yurdunun Sarı gəlini” adlı kompozisiyası II yerə, solo ifa nominasiyası və bədii qiraət nominasiyası üzrə isə fərqlənməyə layiq görülüblər. Məktəbin direktoru Könül Məmmədli şagirdləri təbrik edib, onlara uğurlar arzulayıb.