“Kitab bizim evin uzunömürlü üzvüdür”  adlı layihə həyata keçirilib

Bakı Şəhəri  üzrə Təhsil İdarəsi və Respublika Elmi Pedaqoji Kitabxanasının əməkdaşlığı çərçivəsində məktəbimizin kitabxana müdiri Sultani Səbinənin təşkilatçılığı ilə  “Kitab bizim evin uzunömürlü üzvüdür”  adlı layihə həyata keçirilib. Tədbirdə Respublika Elmi Pedaqoji Kitabxanasının əməkdaşları Səyyarə Məmmədova , Gülər Əhmədova, məktəbimizin  direktoru Könül Məmmədli, məktəbimizin pedaqoji heyəti və şagirdlər iştirak ediblər. Oxucu fəallarının iştirakı ilə keçirilən tədbirdə uşaqlar sevdikləri ədəbi qəhrəmanları səhnədə canlandırıblar. Tədbirin keçirilməsində məqsəd ailədə şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılması və daha da möhkəmləndirilməsi oldu. Sonda tədbirdə fəal iştirak edən şagirdlərə REPK-a tərəfindən kitablar hədiyyə edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi