“Ailə kiçik bir dövlətdir”
Bu gün Beynəlxalq Ailə Günüdür. Məktəbin tarix müəllimi Babayeva Zenfira 5b sinfində “Ailə kiçik bir dövlətdir” mövzusunda söhbət aparıb.
Ailəni alınmaz bir qalaya bənzədən müəllim qeyd edib ki, cəmiyyətin inkişafında ailənin rolu böyükdür. Şagirdlərin bu mövzuda hazırladıqları kiçik səhnəcik, səsləndirilən mahnılar və videomaterial bir daha sübut edib ki, ailə cəmiyyətin ayrılmaz bir hissəsidir.