“Axtar tap” intellektual oyunu

Xəzər rayon Gənclər və İdman İdarəsinin, İrəli İctimai Birliyinin və Dendrologiya İnstitutunun birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 96-cı ildönümü münasibəti ilə Xəzər rayon tam orta məktəblərinin yuxarı sinif şagirdləri arasında “Axtar tap” intellektual oyunu keçirilib. Yarışın keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini, dünyagörüşünü inkişaf etdirməkdir.

Məktəbimizi bu yarışda biologiya müəllimi Piriyeva Pərvanənin rəhbərliyi ilə 10-cu sinif şagirdləri Alıyev Qüdrət, Müslümova Sevinc, Baxşiyeva Günay, 8-ci sinif şagirdi Məlikov Əkrəm və komandanın kapitanı 10-cu sinif şagirdi Nəcəfov Nəcəf layiqincə təmsil edərək I yerə layiq görülüblər. Qaliblərə diplom və medallar təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi