Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib

Aprelin 21-də Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib.

“Gəlin birgə oxuyaq!” şüarı altında keçirilən “Oxu Günü”-nün məqsədi yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılmasıdır.

Məktəbimiz də artıq 3 ildir ki, bu tədbirdə iştirak edir. Bu dəfə ibtidai sinif müəllimi Hüseynli Natavanın rəhbərliyi və 2-ci sinif şagirdlərimizin təqdimatında “Çirkin ördək balası” nağılı səhnələşdirilib. Tədbirin ən azyaşlı iştirakçıları olan şagirdlərimiz onlara tamaşa edən hər kəsi öz balaca nağıl dünyalarına aparıblar.Hər kəsə öz balaca dünyalarının gözəlliyini, saflığını, səmimiliyini aşılamağa çalışan şagirdlərimiz azyaşlı tamaşaçıların xüsusi marağına səbəb olublar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi