Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Uşaq və gənclərin azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsi” mövzusunda keçirdiyi müsabiqə - konfransın II mərhələsi başa çatdı
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Uşaq və gənclərin azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsi” mövzusunda keçirdiyi müsabiqə - konfransda məktəbimizi 3 müəllimimiz: Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Əliyeva (əməkdar müəllim), tarix müəllimi Zenfira Babayeva, ibtidai sinif müəllimi Günay Hacızadə təmsil etmişlər. Müsabiqənin şəhərin rayonları üzrə olan II mərhələsi də başa çatmışdır. 224 iştirakçı arasından 35 nəfər müəllim seçilmiş və növbəti mərhələdə iştirak etmək hüququ qazanmışdır. Bu siyahıya düşmüş əməkdar müəllimimiz Kəmalə Əliyevanı təbrik edir və ona növbəti mərhələdə də uğurlar arzulayırıq.