1 Mart Ümumdünya Mülki Müdafiə Günü

01.03.2016-cı il tarixində məktəbimizdə “Ümumdünya Mülki Müdafiə Günü” münasibətilə tədbir keçirildi. Məktəbin foyesində “Mülki müdafiə şagirdlərin rəsmlərində” adlı rəsm sərgisi nümayiş etdirildi.“Yanıqlar və donmalar zamanı ilk yardım”, “ Qəza – kimyəvi təhlükəli maddələrin təsiri zamanı ilk yardım”, “ Radiasiyaya məruz qalanlara ilk yardım” mövzusunda məktəbin tarix müəllimi Zenfira Babyevanın məruzəsindən sonar bu ilk yardımlar şagirdlər tərəfindən əyani şəkildə nümayiş etdirildi. VIII sinif şagirdləri “Yanğınsöndürmə texnikası və avtomatika” , “Subasma zamanı nə etməli”, “Sığınacaq və daldalanacaq xidmətləri “ haqqında hazırlanmış məruzələr haqqında ətraflı məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Həmçinin, “Radiaktiv çirklənmə zamanı hərəkət qaydaları” şagirdlər tərəfindən əyani şəkildə nümayiş etdirildi.“Tənəffüs üzvlərini və bədən səthini mühafizə edən vastələr - əleyhqaz, respirator, habelə sadə mühafizə vastələri - tozdan qorunan parça və pambıqlı tənzif sarğı, mühafizə kombinezonu, süzücü mühafizə paltarı dəstindən şagirdlər əyani vəsait kimi istifadə etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi