V-VI sinif şagirdləri arasında “Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadası “ keçirilib
Şagirdlərin məntiqi təfəkkür vərdişlərinin, diqqət, qavrama kimi vacib bacarıqlarının və meyillərinin daha da inkişaf etdirilməsi məqsədilə ötən tədris ilində V-VI sinif şagirdləri arasında “Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadası “ keçirilib. Yüksək nəticə göstərən 3 şagirdimiz Şərifov Rəsul, İsmayilov Xəyyam və Mehdiyev Mənsur Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən sertifikata layiq görülüb.
Məktəbin direktoru Könül Məmmədli şagirdləri və fənn müəllimi Hacızadə Nailəni təbrik edib, onlara yeni-yeni uğurlar arzulayıb.