“Gənc fiziklər yaradıcılıq müsabiqəsi” nin məktəb mərhələsi keçirildi
Bakı şəhər məktəblilərinin fizika elminə olan marağının daha da artırılması, bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi” keçirir. Müsabiqədə IX-XI sinif şagirdlərindən ibarət Bakı şəhəri ümumtəhsil məktəblərinin və uşaq-gənclər inkişaf mərkəzlərinin komandaları iştirak edir.
4 aprel tarixində müsabiqənin məktəb mərhələsi keçirildi. Fizika müəllimi Sevinc Qarayeva şagirdləri qruplara böldü. Hər komandaya 30 sual və 2 məsələ verildi. 11-ci sinif şagirdi Quluzadə Cəmalə, 10-cu sinif şagirdi Tağızadə Rasif və 9-cu sinif şagirdi Əmirova Ülkər ən çox suala düzgün cavab yazdıqlarından qalib komanda elan olundu. Komandaya növbəti mərhələdə uğurlar arzu edirik.