Mülki Müdafiə günü qeyd olundu
Aprelin 2-si Xəzər rayonu Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsi ilə razılaşdırılmış Tədbirlər Planına əsasən məktəbimizdə Mülki Müdafiə Günü qeyd olunub. Mülki Müdafiə Gününün qeyd olunmasında məqsəd şagirdləri müharibə və sülh şəraitində baş vermiş fövqəladə hallar zamanı necə davranmalı olmaları ilə bağlı məlumatlandırmaq idi.
Foyedə şagirdlərin rəsm və əl işlərindən ibarət sərgi təşkil olunub. Məktəb kitabxanasında Mülki Müdafiə ilə bağlı kitablar nümayiş olunub.
Daha sonra isə məktəbin tarix müəllimi Babayeva Zenfira “Mülki Müdafiə əhalinin təhlükəsizlik keşiyində” başlığı altında açıq dərs keçirib. Dərsdə Xəzər rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin baş zabiti, baş leytenant Zaur Xələfov da iştirak edib. Dərsdə şagirdlər təbii fəlakətlərin fəsadlarından, bu hadisələr zamanı davranış qaydalarından söhbət açıblar.