”Xocalı Əsrin Faciəsidir ”
26.02.2016-cı il tarixində məktəbimizdə Azərbaycan dili və ədəbiyyat müəllimi Məhbubə Kazımovanın təşkilatçılığı ilə XX əsrdə insanlığa qarşı törədilmiş ən dəhşətli cinayət olan Xocalı soyqırımının iyirmi dördüncü ildönümünə həsr olunmuş ”Xocalı əsrin faciəsidir ” adlı tədbir keçirildi. Tədbir faciə qurbanlarının xatirəsinin anılması ilə başlandı. Məktəbimizin tarix müəllimi Xəlilova Firəngiz öz fikirlərini tədbir iştirakçıları ilə bölüşərək bildirib ki, bu soyqırım yalnız azərbaycanlılara qarşı deyil, bütün insanlığa qarşı törədilmiş bir cinayətdir. Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması və soyqırımın qəbul edilməsi üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə başlamış “ Xocalıya ədalət” kampaniyasının xüsusi rolu var.