“Narkomaniya ümumbəşəri bəladır” , “ Yol hərəkəti qaydalarına riayət edək”, “İnternetdən təhlükəsiz istifadə” mövzusunda tədbir

15 mart tarixində məktəbimizin akt zalında şagird və müəllim kollektivi ilə “Narkomaniya ümumbəşəri bəladır” , “ Yol hərəkəti qaydalarına riayət edək”, “İnternetdən təhlükəsiz istifadə” mövzusunda geniş profilaktiki tədbir keçirilmişdir.

Tədbirdə qonaq qismində Xəzər rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi polis mayoru Samir Ağayev, şöbənin əməkdaşları polis baş leytenantı Xəyalə Həsənova, polis leytenantı Aysel Abdullazadə iştirak edirdi.

Tədbirdə çıxış edən Xəzər rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi polis mayoru Samir Ağayev bildirdi ki, bu gün bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir. Çıxışının sonunda polis mayoru Samir Ağayev vurğulayıb ki, narkomaniyanın qarşısının alınması üçün dövlət orqanları, ictimai təşkilatlar, ictimaiyyət nümayəndələri, təhsil işçiləri və valideynlər birgə mübarizə aparmalı, bu mövzuda vaxtaşırı olaraq maarifləndirici tədbirlər keçirilməlidir. Narkomaniyaya gənclərin cəlb olunmaması ilə hər kəs mübarizə aparmalı, hüquq mühafizə orqanlarının bu istiqamətdə həyata keçirdikləri qabaqlayıcı tədbirlərdə yaxından iştirak etməlidir.

Sonda tədbir məktəblilərin sual – cavabları ilə diskusiya şəklində davam etdi. Sonda “Narkomaniyanın gətirdiyi bəlalar” mövzusunda film nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi