“Məktəb seminarları”nda müzakirə olunmuş məsələlərlə bağlı iclas
Martın 5-də Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən “Məktəb seminarları”nın növbəti sessiyaları Xəzər və Pirallahı rayonlarının ümumi təhsil müəssisələrini əhatə edib. “Məktəb seminarları”nın keçirilməsinin əsas məqsədi ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək, bu prosesdə BŞTİ – nin və tabeliliyindəki ümumi təhsil məktəblərinin, pedaqoji kollektivlərin imkanlarını səfərbər etməkdən ibarətdir.
Martın 6-da metodiki şuranın iclası keçirildi. Məktəbin direktoru Könül Məmmədli “Məktəb seminarları”nda müzakirə olunmuş məsələlərlə şura üzvlərini tanış etdi. Məktəbin keyfiyyət göstəriciləri, məktəbdaxili qiymətləndirmə işinin təşkili, qarşıda duran vəzifələr müzakirə olundu.