məktəbimizdə Beynəlxalq Mülki Müdafiə Günü

Martın 1-də məktəbimizdə Beynəlxalq Mülki Müdafiə Günü qeyd olundu. Azərbaycan  Respublikası  Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini Palkovnik Yolçu Yolçuyev məktəbimizin qonağı oldu. O,  2, 5 və 6-cı siniflərdə tədris olunan mülki – müdafiə dərslərinin tədrisi vəziyyəti ilə maraqlandı.

Daha sonra məktəbin akt zalında maarifləndirici tədbir keçirildi. Tədbirin keçirilməsində məqsəd fövqəladə hallar zamanı necə davranmaq qaydaları ilə şagirdləri təlimatlandırmaq idi. Məktəbin müəllimləri             

 Zenfira Babayeva, Cəlalə Məhərrəmova,  Günay Hacızadə və Natəvan Musayeva maarifləndirici mövzularda çıxışlar etdilər.

Sonda Yolçu Yolçuyev bu gözəl və məzmunlu tədbirə görə məktəb rəhbərliyinə  təşəkkürünü bildirdi, şagirdlərə firavan həyat arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi