“Valideynin məktəbdə bir günü” layihəsi həyata keçirildi
Fevralın 22-də məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 28.01.2019-cu il tarixli, F-66 nömrəli əmrinə əsasən “Valideynin məktəbdə bir günü” layihəsi həyata keçirildi. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin metodisti Dilbər Məmmədova da iştirak etdi.
Məktəbin foyesində layihənin rəsmi açılışı oldu. Daha sonra məktəbin akt zalında məktəbin direktoru Könül Məmmədli valideynlərə məktəbdə görülən işlər barədə hesabat verdi. Valideynlər əyani olaraq məktəbin idman zalı, bufeti, informatika kabinetləri, kitabxana, laboratoriyalarla tanış oldular, siniflərdə dərs prosesini izlədilər.
Saat 11:00-da Dilbər Məmmədova valideynlərlə “Valideyn-məktəb münasibətləri şagirdlərin nailiyyətlərinə və məktəbdə təhsilin keyfiyyətinə təsir edən amil kimi” mövzusunda seminar təşkil etdi. Sonda Dilbər xanım məktəbdə müşahidə etdiyi sağlam mühitə və gözəl təşkilatçılığa görə məktəbin rəhbərliyinə öz təşəkkürünü bildirdi.
Seminardan sonra şagirdlərimizin ifasında bədii hissə nümayiş olundu. Valideynlər bu gözəl günə görə məktəbin rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.