“Ana dilimizə məhəbbətlə” adlı “Breyn-rinq” yarışması
21.02.19 tarixində 21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Əliyeva (əməkdar müəllim) “Ana dilimizə məhəbbətlə” adlı “Breyn-rinq” yarışması keçirdi. Azərbaycan Respublikasının dövlət himninin möhtəşəm sədaları altında açılan yarışmada VA, VIIC, IXA VƏ IXC sinif şagirdlərindən ibarət 8 komanda öz bilik və bacarıqlarını sınadı. “Bilik” komandası II yerə, “Zəka” komandası III yerə, “Zəfər” komandası fərqləndirici yerə layiq görüldüyü üçün fəxri fərmanlarla, yarışın qalibi olan “Birlik” komandasının üzvləri isə həm də kuboklarla təltif olundular.
Tədbirdə ana dilimizə məhəbbətdən yoğrulmuş mahnılar səsləndirildi, şeirlər ifa olundu.
Məktəbin direktoru Könül müəllimə bu maraqlı yarışı təşkil etdiyi üçün Kəmalə müəlliməyə və bütün iştirakçılara təşəkkür etdi. O vurğuladı ki, şagirdlərimizi ana dilimizə, ana Vətənimizə məhəbbət, dövlətçilik ənənələrimizə hörmət ruhunda tərbiyə etmək pedaqoji kollektivin ən böyük arzusu və ən ümdə vəzifəsidir.