“İnsanın ən yaxşı xüsusiyyətləri ” mövzusunda nümunəvi dərs
Məktəbin Ib sinif müəlliməsi Qənbərova Qızılgül həmin sinifdə “həyat bilgisi “ fənnindən “İnsanın ən yaxşı xüsusiyyətləri ” mövzusunda nümunəvi dərs keçirdi. Dərsdə məktəbin direktoru Könül Məmmədli və ibtidai sinif müəllimləri iştirak edirdi. Bu dərsdə şagirdlər şəxsiyyəti formalaşdıran mənəvi keyfiyyətlərin insan üçün əsas olduğunu anladılar və sadə şəkildə şərh etməyi bacardılar. Sonda dərsin müzakirəsi aparıldı. Müəllimlər öz rəy və təkliflərini bildirdilər.