“ İnsan ətrafı necə dərk edir? ” mövzusunda nümunəvi dərs
“İbtidai sinif aylığı”çərçivəsində 15 fevral tarixində məktəbin ibtidai sinif müəllimi Əkbərova Fəridə 3c sinfində həyat bilgisi fənnindən “ İnsan ətrafı necə dərk edir? ” mövzusunda nümunəvi dərs vermişdir. Dərsdə məktəbin rəhbərliyi və müəllim heyəti iştirak etmisdir. Dərsin müzakirəsi zamanı məktəbin direktoru Könül Məmmədli və müəllimlər öz fikirlərini bildirmişdilər ki, dərs maraqlı motivasiya ilə başladı və bütün mərhələlərdə interaktivlilik gözlənildi. Uşaqlar duyğu üzvləri ilə ətraf aləmi necə dərk etdiklərini öz maraqlı təqdimatlarında göstərdilər. Hətta dərsin sonunda şagirdlər öz yaradıcılıq qabiliyyətlərini göstərərək hazırladıqları “Duyğu üzvlərinin bəhsi” səhnəciyini rollu oyun şəklində təqdim etdilər.