Şahmat yarışında şagirdimizin uğuru
Nərimanov rayonu “ Ağ top” şahmat klubunda hər ay mütəmadi olaraq keçirilən IV, III, II dərəcələr uğrunda keçirilən yarışda 234 №li tam orta məktəbin şagirdlərindən beş şagird iştirak etmiş, IVa sinif şagirdi Vəliyeva Fidan Faiq qızı doqquz oyundan 5,5 xal toplayaraq IV idman dərəcəsi normasını ödəmiş və mükafatlandırılmışdır. Digər şagirdlər fərqlənmə diplomuna layiq görülmüşlər. Şagirdlərimizə növbəti yarışlarda uğurlar arzulayırıq.