”Ana dilimiz milli mənliyimiz, milli mənəviyyatımızdır”

21 fevral- Beynəlxalq Ana Dili Günü münasibəti ilə məktəbimizdə Azərbaycan dili və ədəbiyyat müəllimi Əliyeva Kəmalənin rəhbərliyi ilə 19 .02.2016- cı il tarixində ”Ana dilimiz milli mənliyimiz, milli mənəviyyatımızdır” adlı ədəbi-bədii musiqili tədbir keçirildi. Əsasən XI sinif şagirdlərinin hazırladıqları kompozisiyalar üstünlük təşkil etdi. Həmçinin tədbirdə digər həmkar müəllimlər də iştirak etdi, tədbir haqqında öz təəssüratlarını bölüşüb, Ana dilimizin beşik başında həyatın ən həzin simfoniyası olan laylanı bu dildə deməsini, dilimizin zənginliyini, qüdrətini və gözəlliyini zaman –zaman qanımıza, canımıza hopmasını tədbir iştirakçılarının nəzərinə çatdırmışdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi