"Ailə faciəsi" adlı tədbir
Məktəbin tarix müəllimi Zenfira Babayeva V-X sinif şagirdləri ilə birlikdə 20 Yanvar faciəsinə həsr olunmuş “Ailə faciəsi” adlı tədbir keçirtdi.Tədbirdə hadisələrin necə baş verdiyi şagirdlərin qəlb yandıran şeir, söz və nəğmələrində eşidildi. Qeyd olundu ki, şəhidlərin ruhu dərd yükü deyil, doğma torpağın, ana südünün, ata qeyrətinin, övlad məhəbbətinin müqəddəsliyinə əbədi abidə, ürəklərə inam, qollara qüvvət, insanlara hörmət, həyata sevgidir. Ruhun kamillik zirvəsidir.