“20 Yanvar – xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda sinif saatı

Qanlı yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar bu həftə ərzində məktəbdə sinif təşkilat saatlarının bu mövzuya həsr edilməsi planlaşdırılmışdır. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Əliyeva (əməkdar müəllim) sinif rəhbəri olduğu  5A sinfində “20 Yanvar – xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda sinif saatı keçirdi. Şagirdlər əvvəlcə himnimizi oxudular, sonra xalqımızın azadlıq və müstəqillik yolunda verdiyi şəhidlər, eləcə də Yanvar şəhidləri bir dəqiqəlik sükutla yad edildilər. K.Əliyeva  şagirdlərə bu qanlı, eyni zamanda şanlı tarixi gün, onun səbəbləri və tarixi əhəmiyyəti haqqında  məlumat verdi. Şagirdlərin hazırladıqları səhnəcik, səsləndirdikləri şeirlər,  hazırladıqları divar qəzetləri, kiçik bülletenlər onların kiçik qəlblərinin böyük vətən məhəbbəti ilə döyünməsindən xəbər verirdi.

Sinif saatında məktəbin rəhbərliyi də iştirak etmişdir. Məktəbin direktoru Könül Məmmədli çıxış edərək şagirdlərin hazırlıqlarını yüksək qiymətləndirmiş və qeyd etmişdir ki, bu gün bu balaca uşaqların 20 Yanvar haqqında belə yanğılı çıxışları bir daha təsdiq edir ki, şəhidlər ölməzdir, 20 Yanvar tariximizin ən şərəfli səhifələrindən biridir.

Sinif saatının sonunda şagirdlər məktəbin şəhid məzunu Emin Əliyevin büstünün önünə qərənfillər düzməklə şəhidlərə olan ehtiramlarını bir daha nümayiş etdirmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi