Həmrəylik Günü münasibətilə “Breyn-Ring” intellektual oyunu
Dekabrın 25-də məktəbimizdə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Breyn-Ring” intellektual oyunu təşkil olundu. “Daim həmrəy olaq” devizi altında keçirilən yarışmada məktəbin həm pedaqoji kollektivi, həm də texniki işçiləri iştirak etdi. Sualların həm tərtibatçısı, həm də yarışın aparıcısı isə məktəbin direktoru Könül müəllimə idi.
Maraqlı və gərgin mübarizədən sonra “Gözəllik” komandası I yerə, “Şahinlər" komandası II yerə, “Uğur” komandası III yerə layiq görüldü. Qalib komandaların üzvləri fəxri fərmanlarla, I yeri qazanmış komandanın üzvləri isə həm də kuboklarla təltif olundular.