“SƏNƏTKAR ÖMRÜ”  adlı elmi konfrans

 24 dekabr tarixində məktəbimizdə Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Əliyevanın (əməkdar müəllim) təşkilatçılığı ilə istedadlı  yazıçı, böyük alim, görkəmli pedaqoq Mir Cəlal Paşayevin 110 illik yubileyi ilə əlaqədar “SƏNƏTKAR ÖMRÜ”  adlı elmi konfrans keçirildi.

 Tədbiri giriş sözü ilə məktəbin direktoru Könül Məmmədli açdı, sonra Azərbaycan dili və ədəbiyyat  müəllimi Kəmalə Əliyeva böyük ədibə həsr etdiyi “Sənətkar”  şeirini söylədi.   XIA sinif şagirdi Abdullayev Kamil “İstedadlı  yazıçı, böyük alim, görkəmli pedaqoq”, IXA sinif şagirdi Həsənli Nurcan “Sözün gücünə güvənən sənətkar”, IXA sinif şagirdi Hüseynova Mələk “Mir Cəlal Paşayev yaradıcılığında azərbaycançılıq”,  IXA sinif şagirdi Yusubzadə Fatimə  “Xarakterlər ustası”, IXC sinif şagirdi  Cəfərli Vüsal “Görkəmli şəxsiyyətlər Mir Cəlal Paşayev haqqında”, XB sinif şagirdi Binaktari Mədinə “Mir Cəlal Paşayev və  həyat həqiqətləri”, XA sinif şagirdi Bayramzadə Fidan  “Xoşbəxt yazıçı, xoşbəxt pedaqoq”, XIB sinif şagirdi Bədəlzadə Nəzrin  “XX əsr Azərbaycan ədəbiyyatının Mir Cəlal fenomeni” mövzusunda məruzə ilə çıxış etdilər. Tədbirdə “İclas qurusu” və “İtə ataram, yada satmaram” adlı səhnəciklər nümayiş etdirildi.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin əməkdaşı Sədaqət xanım Məmmədova da iştirak etmiş, sonda çıxış edərək belə dərin məzmunlu çıxışlara və maraqlı tədbirə görə minnətdarlığını bildirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi