“Azərbaycan dili və ədəbiyyat aylığı” çərçivəsində nümunəvi dərs
“Azərbaycan dili və ədəbiyyat aylığı” çərçivəsində 11 dekabr tarixində məktəbin əməkdar müəllimi Kəmalə Əliyeva 5a sinfində ədəbiyyat fənnindən “Z.Yaqubun “Qara xəbərin acısı” əsərinin məzmunu üzərində iş” mövzusunda nümunəvi dərs vermişdir.
Dərsdə məktəbin rəhbərliyi başda olmaqla müəllim heyəti iştirak etmişdir.
Dərsin müzakirəsi zamanı məktəbin direktoru Könül Məmmədli çıxış edərək bildirmişdir ki, İKT vasitəsilə verilən bu dərsdə müxtəlif interaktiv təlim metodlarından istifadə etməklə həm qoyulan standartlar reallaşdırıldı, həm şagird fəallığı təmin edildi, həm də ümummilli liderə xalq məhəbbətini əks etdirən dolğun bir dərs nümayiş etdirildi.