Sağlam həyat tərzi devizimizdir
Məktəbimizdə “Sağlam həyat tərzi devizimizdir” adlı idman yarışları keçirildi. Məryam Əskərova və Rüstəm Cəfərovun rəhbərliyi ilə təşkil olunmuş bu tədbirdə 5-ci sinif şagirdləri iştirak edirdilər. Kiçik idmançılar bir daha sübut etdilər ki, sağlam bədəndə sağlam ruh olar.
8a sinfində isə “Narkomaniya ilə mübarizə hər birimizin işidir!” mövzusunda sinif saatı keçirildi. Sinif rəhbəri Əzizə müəllimə öz çıxışında bildirdi ki, BMT-nin Uşaq Hüquqları Konvensiyası və İnsan Hüquqları Bəyannaməsi kimi vacib sənədlərində narkomaniya ilə mübarizəyə xüsusi yer verilmişdir. Buna görə də bugünkü sinif saatı bu mövzuya həsr olunmuşdur. Şagirdlər hazırladıqları plakatlarla, çəkdikləri rəsmlərlə bildirmək istəyirdilər ki, pis vərdişlərə qarşı amansız yürüş, barışmaz savaş elan etməliyik.
Məktəbin direktoru Könül Məmmədli şagirdlərin çıxışlarına öz münasibətini bildirdi və dedi ki, uşaqlar, biz inanırıq ki, sizin bugünkü çağırışınız cavabsız qalmayacaq. Bu çağırış yeniyetmə və gəncləri insan həyatı üçün zərərli olan vərdişlərdən, ağ dumandan uzaqlaşdıracaq.