“Dəyərlərimiz sərvətimiz – gələcəyimizdir” layihəsi ilə əlaqədar görüş
Bu gün məktəbimizdə “Pətək” Yeni Nəslin Mənəvi Tərbiyəsi İctimai Birliyi tərəfindən “Dəyərlərimiz sərvətimiz – gələcəyimizdir” layihəsi ilə əlaqədar məktəbimizin və 206 nömrəli məktəbin şagirdləri ilə görüş keçirildi. Görüşdə şagirdlər “Milli – mənəvi dəyərlərimizə əsaslanan nümunəvi kişi və nümunəvi qadın obrazı" mövzusuna uyğun təqdimatla bağlı məlumatlandırıldılar. Şagirdlərlə dialoq aparıldı, anket sorğusu keçirildi, onlarda layihədə iştirak etmək həvəsi yaradıldı.