Asudə vaxtlarımız
İbtidai sinif müəllimləri payız tətili günlərində şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etdilər. Onların bir qismi tarixi yerlərə ekskursiya etdi, digər qrup “Gənc tamaşaçılar” teatrında “Şirinlər” adlı tamaşaya baxdılar, əyləncə mərkəzində canlı heyvanlarla təmasda oldular. Asudə vaxtların belə maraqlı təşkili şagirdlərdə şən əhval-ruhiyyə yaratdı.