"Gənclər Günü"nə həsr olunan "Stolüstü oyun" yarışları keçirildi

Məktəbimizdə 02.02.2016-cı il tarixində fiziki tərbiyə müəllimi Cəfərov Rüstəm tərəfindən "Stolüstü oyun" yarışları keçirildi. İstedadlı şagirdlərin aşkar olunması ilə bağlı təşkil olunmuş bu tədbirdə VII-VIII sinif şagirdləri iştirak edirdi. Bu tədbirin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması idi. Çünki gənclərin yaxın dostu olan İlham Əliyev cənabları dəfələrlə öz çıxışlarında demişdir: " Çox vacibdir ki, gənclərimiz həm bilikli, savadlı olsunlar, həm müasir olsunlar, eyni zamanda, bütün milli və dini ənənələrə sadiq olsunlar, vətənpərvərlik ruhunda böyüsünlər."
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi