Bayraq Günü ilə əlaqədar keçirilən təşkilat saatları

Əvvəlcədən müəyyənləşdirildiyi kimi, Bayraq Günü ilə əlaqədar məktəbin bütün siniflərində bu həftə ərzində sinif saatları bayraq mövzusuna həsr ediləcəkdir.  Noyabrın 5-də   4c  və  5a sinflərində  təşkilat  saatları keçirildi.

Günay Hacızadənin  rəhbərlik etdiyi 4C sinfində  “Üçrəngli bayrağımız”  adlı sinif saatında  uşaqlar bayraq haqqında ətraflı məlumat vermiş, şeirlər söyləmişlər. Balacaların bayraq mövzusunda hazırladıqları əl işləri çox maraqlı idi.  Sonda balacaların bayrağa and içmələri isə xüsusilə qürurverici idi. Sinif saatında iştirak edən məktəbin direktoru Könül Məmmədli sonda çıxış edərək balaca ürəklərində bayrağımıza böyük məhəbbət yaşadan şagirdlərimizə təşəkkür etdi, onları qarşıdan gələn bayramlar münasibətilə təbrik etdi.

 Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Əliyevanın  rəhbərlik etdiyi  5A  sinfində  “Bir kərə yüksələn bayraq bir daha enməz!”  adlı sinif saatında  şagirdlərin bayrağımızın tarixi, Bayraq Günü və Bayraq Meydanı haqqında verdikləri məlumatlar, hazırladıqları  divar qəzeti onların bayrağımıza, dövlətçiliyimizə olan məhəbbətlərindən xəbər verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi