“Gəlin, dünyanı tanıyaq” adlı intellektual yarışma
Noyabrın 1-də 7, 8, 9, 10-cu sinif şagirdləri arasında coğrafiya fənni üzrə Şəhla Cəbiyevanın təşkilatçılığı ilə “Gəlin, dünyanı tanıyaq” adlı intellektual yarışma keçirildi. Bu yarışmanın keçirilməsində məqsəd uşaqların bilik və bacarıqlarını yoxlamaq və onların dünyagörüşünü daha da artırmaq idi.
Gərgin mübarizədən sonra 1-ci yerin qalibi 8b sinfinin Kosmos, 2-ci yerin qalibi 9a sinfinin Odlar Yurdu, 3-cü yerin qalibi isə 10a sinfinin Xəzər komandası oldu.