“Səhər süfrəsi” mövzusunda texnologiya dərsi

Oktyabrın 30-da 3c sinfində Əkbərova Fəridə müəllimənin rəhbərliyi ilə  “Səhər süfrəsi” mövzusunda texnologiya dərsi keçirildi. Dərsin məqsədi səhər süfrəsinə uyğun olaraq qabları və alətləri seçmək və onları düzgün yerləşdirmək idi.

Dərsin sonunda bir-birindən gözəl və maraqlı olan qrup işlərinin qiymətləndirilməsində çətinlik çəkən sinif rəhbəri məktəbin rəhbərliyini sinif otağına dəvət etdi. Şagirdlər  öz əl işlərini böyük həvəslə təqdim etdilər.

Məktəbin direktoru Könül Məmmədli hər üç qrupu qalib elan etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi