Valideynlər ilə görüş keçirildi
Məktəbimizdə 9-cu sinif şagirdlərinin valideynləri ilə görüş keçirildi. Görüşdə sinif rəhbərləri ilə yanaşı fənn müəllimləri də iştirak etdilər. İclasın gündəliyində bir neçə məsələlər müzakirə olundu. Məktəbin direktoru Könül Məmmədli buraxılış imtahanları ilə əlaqədar çıxış edərək bildirdi ki,fənlər üzrə monitorinqlər keçiriləcək. Bu monitorinqlərin keçirilməsində məqsəd təhsilin və təlimin keyfiyyətini yüksəltməkdir.
Daha sonra tərbiyə işləri üzrə direktor müavini E.Əliyeva öz çıxışında dərsə dəvamiyyət, nizam- intizam və məktəbli geyimlərinə toxundu. Çıxış edən sinif rəhbərləri bildirdilər ki, iclasda toxunulan məsələlər sinif iclaslarında da müzakirə olunacaq və hər kəs təhsilin keyfiyyətini yüksəltmək üçün əlindən gələni əsirgəməyəcək.