“ Müstəqildir Azərbaycan!” adlı tədbir
Oktyabrın 18- də məktəbin tarix müəllimi Zenfira Babayeva 7, 10, 11 sinif şagirdləri ilə birlikdə müstəqilliyimizin 27- ci ildönümü münasibətilə
“Müstəqildir Azərbaycan!” adlı tədbir hazırladı. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı. Şagirdlər öz çıxışlarında, söylədikləri şeirlərdə müstəqilliyə gedən yolumuzun asan olmadığını, bu müqəddəs günə çatmaq uğrunda xalqımızın mübarizə apardığını bir daha vurğuladılar.
Tədbirin sonunda məktəbin direktoru Könül Məmmədli Dövlət Müstəqilliyi Günü münasibətilə məktəb kollektivini və tədbir iştirakçılarını təbrik etdi və qeyd etdi ki, azadlıq hədiyyə verilmir, qanlar bahasına, canlar bahasına qazanılır. Ona görə də hər birimiz bu şirin nemətin dəyərini bilməliyik.
Məktəbin tarix müəllimi Şəlalə Nəcəfova da hər kəsi təbrik edərək qeyd etdi ki, gün o gün olsun Azərbaycanın erməni tapdağı altında olan torpaqları işğaldan azad olunsun, bütün qədim Azərbaycan torpaqları birləşsin.