Metodşuranın iclası keçirildi
14.09. 2018 tarixində E.Əliyev adına 234 nömrəli tam orta məktəbdə metodşuranın ilk iclası keçirildi. Gündəlikdə duran məsələlər açıqlandı, müzakirələr aparıldı, müvafiq qərarlar qəbul edildi.
1. Metodşuranın yeni tərkibinın və idarə heyətinin təsdiqi
2. 2017-2018-ci dərs ilinin yekunları
3. 2018-2019-ci dərs ilində qarşıda duran vəzifələr və metodşuranın fəaliyyət planının təsdiqi
4. Metodbirləşmələrin fəaliyyət planlarının təsdiqi
Metodşura sədri Əliyeva Kəmalə Hafiz qızı çıxış edərək qarşıda duran məsələlərlə bağlı metodşura üzvlərini məlumatlandırdı.
28.09.2018 tarixində metodşuranın növbəti iclası keçirildi, sinif iclasları haqqında danışıldı. Müdiriyyət tərəfindən yaradılmış kiçik işçi qrupun işləyib hazırladığı mövzular müzakirə olunaraq sinif-təşkilat saatlarının mövzuları kimi təsdiq olundu.