Beynəlxalq Sülh Günü qeyd olundu
Bütün məktəblərdə olduğu kimi bizim məktəbdə də Beynəlxalq Sülh Günü qeyd olunmuşdur. İnformatika dərsində Əliyeva Nüşabə müəllimə 8b sinfi ilə hər bir cəmiyyətin, ümumiyyətlə, bəşəriyyətin ən çox arzu etdiyi sülhdən, azadlıqdan, bərabərlikdən danışdı. Göyərçinin sülh simvolu olduğunu söyləyəndə şagird göyərçinə həsr olunmuş əfsanəni söylədi.
2ç sinfində Borayeva Rəna müəllimə şagirdlərlə aydın səmadan, xalqlar arasında dostluqdan danışdı. Şagirdlər öyrəndikləri mahnı və şeirləri söylədilər. Hətta həyətdə göyərçinləri havaya buraxıb ona təmiz səma arzuladılar.