Son zəng
Bu gün respublikamızın hər yerində olduğu kimi bizim məktəbdə də “Son zəng” tedbiri keçirildi.Tədbirimizdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin aparat rəhbəri Muxtar Məmmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumtəhsil sektorunun aparıcı məsləhətçisi Əfqan İsgəndərov, Bakı Şəhəri üzrə Təhsil idarəsinin Təlimə Dəstək Mərkəzinin direktoru Samirə Bektaşi, Xəzər rayonu İcra Hakimiyyətinin nümayəndələri də iştirak etdilər.
Bu il məktəbimizin XI sinfini 47 şagird bitirir. Məzunlarımız öz çıxışlarında məktəbə, müəllimlərə olan minnətdarlıq hislərini ifadə etdilər. Səslənən mahnılar, ifa olunan rəqslər vətənimizə, millətimizə, dövlətimizə böyük məhəbbətin təzahürü idi.
Sonda təhsil müddətində fərqlənən məzunlar rəhbərlik tərəfindən fəxri fərmanlarla təltif olundular.
Yolunuz açıq olsun , əziz məzunlarımız !