15 İyun “Qurtuluş Günü”nün 25 illiyi ilə əlaqədar şahmat turniri təşkil olundu

Məktəbimizdə  15 İyun “Qurtuluş Günü”nün 25 illiyi ilə əlaqədar şahmat turniri təşkil olundu. Turnirin açılışında məktəbin direktoru Könül xanım Məmmədli şahmatın idman sahəsi olsa da, həm riyaziyyat, həm də məntiqlə əlaqədar olmasını qeyd edərək iştirakçılara bu zəka oyununda uğurlar arzuladı. Yarışda Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev və baş məsləhətçisi Rəşad Rəhimov da iştirak edirdi. Elə yarışın hakimi də Rəşad Rəhimov idi.

22 şagirdin iştirak etdiyi turnir 2 mərhələdə keçirildi. İlk mərhələ 8 iyun tarixində keçirildi. Finalçılar 12 iyun tarixində yenidən görüşdülər.Turnirin sonunda I,II,III yerlərin sahibləri fəxri fərmanlar və hədiyyələrlə, IV yerin sahibi isə fərqləndirici fəxri fərmanla təltif olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi