“ Narkomaniya sosial bəladır” və “ Polis uşaqların gözü ilə” mövzusunda geniş maarifləndirici tədbir keçirildi

06.06.2018-ci il tarixdə E.Əliyev adına  234 nömrəli tam orta məktəbXəzər rayon Polis İdarəsinin təşəbbüsü ilə “ Narkomaniya sosial bəladır” və “ Polis uşaqların gözü ilə” mövzusunda geniş maarifləndirici tədbir keçirildi.

Tədbirdə Xəzər rayon Polis İdarəsinin rəisi Azər Muradov, Xəzər rayon İcra Hakimiyyətinin nümayəndəsi Ofelya Məmmədzadə, Xəzər Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin  əməkdaşları, məktəb rəhbərliyi, məktəbin 150 nəfər şagird və müəllim kollektivi iştirak edirdi.Tədbirdə iştirak edənlər narkomaniyanın əsrin bəlası olduğunu qeyd edərək bu bəlaya qarşı hamımızın birlikdə mübarizə aparmalı olduğumuzu vurğuladılar.

Narkomaniyaya qarşı mübarizəni gücləndirməklə gələcəyimizi , sağlamlığımızı qoruyur, dövlətçiliyimizi möhkəmləndirmiş oluruq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi